Böyük Britaniya XİN rəhbəri Ceyms Kleverli: biz və müttəfiqlərimiz Ukraynaya tanklar verə bilərik
Böyük Britaniyanın XİN naziri Ceyms Kleverli mətbuat konfransı zamanı deyib ki, Böyük Britaniya və müttəfiqləri gələcəkdə Ukraynaya tanklar verə bilərlər. “Biz ukraynalılarla mübarizə aparmalı onlara nəyin lazım olduqları barədə danışmağa davam edəcəyik və bunu təmin etmək üçün beynəlxalq tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Tanklar bunun bir qismi ola bilər”, deyə Kleverli bildirib.
XİN nazirinin bəyanatı Fransanın yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinə "RC AMX-10" təkərli tankları göndərməyi planlaşdırdığı xəbərləri fonunda verilib.
Xatırladaq ki, ABŞ və Almaniya da Kiyevə dəstək üçün daha bir hərbi yardım paketi elan ediblər. Amerika 50-yə yaxın "Bradley" piyada döyüş maşını tədarük edəcək. Almanlar “Marder” piyada döyüş maşını və “Patriot” hava hücumundan müdafiə sistemlərinin batareyasını göndərəcək.
Ülviyyə, Hurriyyet.az