Böyük Britaniyanın müxalifət rəsmisi: Boris Consonun baş nazir postunu tərk etməsi "yaxşı xəbər"dir
2022-07-07 13:35:00
Böyük Britaniyanın əsas müxalif "Leyboristlər Partiyası"nın lideri Keir Starmer Boris Consonun baş nazir postunu tərk etməsini "yaxşı xəbər" adlandırıb. Bu barədə Britaniya KİV-ləri xəbər verir.
Lakin Keir Starmer əlavə edib ki, sadəcə olaraq "Mühafizəkarlar Partiyası"nın liderini dəyişmək kifayət deyil. O deyib ki, "Bizə etibarlı hökumət dəyişikliyi lazımdır".
Ülviyyə, Hurriyyet.az