📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyük Britaniyanın partlament rəsmisi Ağdama səfər edib

2023-04-19 12:58:00

Böyük Britaniyanın partlament rəsmisi Ağdama səfər edib

Böyük Britaniya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Bob Blekman Azərbaycana səfəri çərçivəsində Ağdam rayonunu ziyarət edib. Blekman orada minatəmizləmə prosesi ilə tanış olub.

Bundan əlavə, o, dağıdılmış şəhərin fotosunu paylaşaraq, işğal zamanı ermənilərin murdarladığı məşhur məscidi ziyarət edib.
“Ermənilər Qarabağı tərk etməmişdən əvvəl burada 1 milyondan çox mina quraşdırıblar. Böyük Britaniya minalardan təmizləmə proqramına öz töhfəsini verir. Burada, Ağdamın məntəqələrindən birində cəsur insanlar ərazini əllə minalardan təmizləyirlər”, deyə o, Twitter hesabında yazıb.

Ülviyyə, Hurriyyet.az