📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyük Dəbilqə: Azərbaycanın qadın cüdoçusu bürünc medal qazandı

2023-06-16 22:24:00

Böyük Dəbilqə: Azərbaycanın qadın cüdoçusu bürünc medal qazandı

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

52 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.

66 kq-dakı Kəramət Hüseynov eyni raundda ispaniyalı Albert Martinə uduzaraq beşinci yeri tutub.
Qeyd edək ki, digər 6 cüdoçu medal şanslarını əvvəlki mərhələlərdə itirib. \\Report