📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyükşor gölündə meyit tapıldı

2023-03-17 16:56:00

Böyükşor gölündə meyit tapıldı

Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, martın 17-də Böyükşor gölündə naməlum kişi meyitinin aşkar olunması ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

qafqazinfo.az