📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyükşor yolunda ağır qəza - Video

2026-11-08 12:31:07

Böyükşor yolunda ağır qəza - Video

Bu gün saat 09:30 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, Böyükşor gölünün üzərindən keçən yolun giriş hissəsində - paytaxtın mərkəzinə doğru olan istiqamətdə “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Tofaş” tamamilə yararsız hala düşüb, digər avtomobilə də xeyli zərər dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmamasına dair məlumat yoxdur.