BQXK-nin Xankəndidəki ofisi fəaliyyətini dayandırmayıb
2023-10-17 11:07:29
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 5 ofisindən heç biri, o cümlədən Xankəndidəki ofisi fəaliyyətini dayandırmayıb.
"Report" xəbər verir ki, bunu BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verilib.
O bildirib ki, Xankəndidə olan ofis də heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq: "Qurumun illik hesabatlarında da Qarabağ hər zamanın Azərbaycanın ərazisi kimi qeyd olunub".