Braziliya polisi bir ispan tərəfindən kirayəyə götürülən Türkiyəyə məxsus təyyarədə 1 ton kokain ələ keçirdi
İspaniya vətəndaşı Türkiyənin təyyarəsi ilə Braziliyadan Brüsselə narkotik aparmağa çalışıb
Hurriyyet.org xəbər verir ki, Braziliyanın Fortaleza şəhərində polis Türkiyənin ACM hava yolları şirkətinə məxsus olan və bir İspaniya vətəndaşı tərəfindən kirayəyə götürülən özəl təyyarədə 1 304 kq kokain ələ keçirib. Braziliya polisinin açıqlamasına görə, Fortaleza hava limanında axtarılan özəl təyyarədə 24 çamadana paylanmış narkotik tapılıb, hər çantada 50 həb olmaqla, ümumilikdə 1200 kokain həbi aşkar edilib. İspan sərnişin ilə dörd nəfər Türkiyə vətəndaşından ibarət heyət polisdə ifadə veriblər.
Təyyarə Braziliyadan Belçikanın paytaxtı Brüsselə gedəcəkdi.
Braziliyanın G1 informasiya portalının verdiyi xəbərə görə, ispan sərnişin gömrükdə suallara cavab verərkən şübhə oyadıb. O, Braziliyanın Quarulhos şəhərinə turizm məqsədi ilə gedtiyini söyləyərkən, bu şəhərin özəl təyyarəsi olan əcnəbi üçün gəzintiyə layiq super gözəlliyə sahib olmaması polisdə şübhə yaradır. Bundan sonra polis təyyarədə axtarışa başlayır.
Braziliya Paraqvay ilə Boliviyadan Avropaya narkotik daşınması marşrutunda mühüm bir ölkədir.
TC-GVA markatlı yükdaşıma təyyarəsini İspaniya vətəndaşına kirayəyə verən ACM aeroşirkəti isə şirkətin həmiş şəxslə heç bir əlaqəsinin olmadığını bildirib.
Mətbuatın yazdığına görə, ACM hava yollarının dörd əməkdaşından üçü sərbəst buraxılıb, lakin məsuliyyət daşıyan kapitan pilotun istintaqı davam edir.