📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Braziliya Prezidenti ABŞ dollarından imtina etməyə çağırdı

2023-08-03 16:25:00

Braziliya Prezidenti ABŞ dollarından imtina etməyə çağırdı

Hurriyyet.az  “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Şanxay şəhərindəki Yeni İnkişaf Bankındakı tədbirdə beynəlxalq ticarətdə dollardan imtina eləmək çağırışı ilə çıxış edib.  O, BRİKS ittifaqının iştirakçıları arasındakı hesablaşma da daxil olmaqla, beynəlxalq ticarətdə Amerika valyutasına alternativ pul vahidindən istifadə eləməyi təklif edib.

Siyasətçi deyib: “Hamıya bəllidir ki, mən ölkələrimiz arasında ticarətdə öz valyutamızı yaratmağın tərəfdarıyam. Niyə biz Argentina və Çin ilə ticarətdə öz valyutamızı qoyub, dollardan istifadə eləməliyik? Niyə bəşəriyyətin demək olar ki, yarısının yaşadığı ölkələr bu məsələni öz aralarında müzakirə edə bilməzlər?”

Hürr Tərcüman