📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Braziliya Rusiyanı taxıl sazişinə qaytara bilər - ABŞ DÖVLƏT KATİBİ

2023-08-09 16:36:00

Braziliya Rusiyanı taxıl sazişinə qaytara bilər - ABŞ DÖVLƏT KATİBİ

Braziliya Rusiyanın Ukrayna limanlarından taxılın təhlükəsiz ixracına imkan verən taxıl sazişinə qayıtmasına təsir edə bilər. Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Braziliyanın, Prezident Luis İnasio Lula da Silvanın səsi böyük əhəmiyyət daşıyır. Və rusları razılığa qayıtmağa inandırmaq üçün bu səsdən istifadə etmək çox yaxşı olardı”, - Blinken bildirib.

Blinken qeyd edib ki, əgər Rusiya Ukraynaya hücum etməsəydi və onun limanlarını blokadaya almasaydı, bu sazişə də ehtiyac qalmazdı.