📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Braziliyada ac insanlar sümük üstündə bir-birini didir

2021-10-04 17:04:00

Braziliyada ac insanlar sümük üstündə bir-birini didir

Korona epidemiyasından və artan inflyasiyadan əziyyət çəkən Braziliyada bəşəri faciəsi baş verir.

Hurriyyet.az Yenisabah-a istinadən xəbər verir ki, aclıq böhranının başladığı ölkədə insanların heyvan cəsədləri topladığı ortaya çıxıb.

Bu hadisənin görüntülərini çəkən müxbir bildirib: "İki gündür yata bilmirəm, hələ də gördüklərim gözümün önündən getmir” – deyə bildirib.

Ət daşıyan yük maşını sürücüsü vəziyyətin dəhşətli olduğunu deyib: "Əvvəllər insanlar itlərinə sümük istəyirdi, indi isə özlərinə yemək hazırlamaq üçün sümükləri onlara verməyim üçün yalvarırlar”.

Yemək üçün heyvan cəsədləri yığınına hücum edən yoxsul braziliyalıların ürəkdağlayan fotoşəkilləri qısa zaman ərzində sosial şəbəkələr vasitəsilə dünyaya yayılıb.  

Braziliyada ac insanlar sümük üstündə bir-birini didir