📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Braziliyada daşqınlar: 44 nəfər öldü

2023-02-21 23:40:00

Braziliyada daşqınlar: 44 nəfər öldü

Braziliyanın San-Paulu ştatında yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Bu barədə yerli media məlumat yayıb.

Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir.

Yağışların fəsadları ilə mübarizəyə hərbçilər də cəlb olunub.

Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub. \\Axar.Az