Braziliyada üç günlük matəm elan edildi
2022-12-30 10:22:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, əfsanəvi braziliyalı futbolçu Pelenin dünən 82 yaşında vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük matəm elan edib. Qərarı Prezident Jair Bolsonaro imzalayıb. Sənəd “Diário Oficial da União” hökumət qəzetində dərc olunub.
Sənəddə deyilir: “Keçmiş futbolçu Pele Edson Arantes do Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən etibarən üç günlük rəsmi ümummilli matəm elan edilir”.
Braziliya Prezidenti “Tvitter” hesabında Pelenin ölümü ilə bağlı başsağlığı verib.
Futbol kralı Pele ilə vidalaşma mərasimi yanvarın 3-də, karyerasının böyük bir qismini keçirdiyi “Santos” stadionunda keçiriləcək.
Hürr Tərcüman

