"Brent" markalı neft KƏSKİN UCUZLAŞDI
2023-08-23 21:49:24
2023-cü il iyulun 24-dən bəri ilk dəfə olaraq Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 81,94 dollar/barel təşkil edərək 82 dollardan az olub.
Hurriyyet.Az xəbər verir ki, WTI markalı neftin bir barreli 77,97 dollara düşüb.
İyul və avqust aylarında neft tədricən bahalaşıb.
Mütəxəssislər qiymətin azalmasının Çindən gözlənilən tələbin azalması ilə bağlı olduğunu deyirlər.\\Gundem.az