BRİKS genişlənir - 13 dövlətlə bağlı razılıq əldə edilib
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, hazırda Rusiyada keçirilən sammit çərçivəsində BRİKS ölkələri birliyə üzv olacaq yeni tərəfdaşlar üçün meyarları razılaşdırıblar. Potensial tərəfdaşlar siyahısında təqribən 50-yə yaxın dövlətin adı var. Bu barədə RF Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov deyib: "İttifaqda tərəfdaş dövlətlər üçün mühüm meyarlar razılaşdırılıb. BRİKS-in bundan sonrakı genişlənməsi həmin süzgəc vasitəsi ilə aparılacaq".
RF Prezidentinin köməkçisi hazırda 13 dövlətin daxil edildiyi siyahının razılaşdırıldığını, lakin hələlik siyahının bəyan edilməməsinin qərara alındığını söyləyərək deyib: "Onlarla danışmaq, BRİKS-in tamformatlı üzvü olmağa nə dərəcədə hazır olduqlarını aydınlaşdırmaq lazımdır".
Hürr Tərcüman