📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BRİKS ölkələri dollara meydan oxuyur

2023-07-04 15:47:00

BRİKS ölkələri dollara meydan oxuyur

Ötən həftə dolları əvəz edəcək BRİKS valyutasının yaradılması mövzusu gündəmə düşdü. BRİKS ölkələri qızılla dəstəklənən yeni ticarət valyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

Yeni valyutanın müzakirəsi avqustda Yohannesburqda keçiriləcək BRİKS-in görüşündə aparılacaq. Bu qərar BRİKS-ə qoşulmaq istəyən ölkələrin çox olması səbəbindən qəbul edilib. Dedollarizasiya artıq uzun müddətdir ki, müzakirə olunur. Yeni vahid valyutanın yaradılması ideyası BRİKS-in avqustun 22-24-də Cənubi Afrikada keçirilməsi planlaşdırılan sammitində müzakirə olunacaq əsas məsələlərdən biri olacaq.

Dollar qarşısında BRİKS ölkələri alternativ tapmaq istəyirlər və son aylarda bu barədə açıq şəkildə çıxış edirlər. “Hər gecə mən özümdən soruşuram: niyə bütün ölkələr dollar əsasında ticarət etməlidir?”, deyə Braziliya prezidenti Luis İnasio Lula da Silva aprel ayında Dilma Rusefin BRİKS maliyyə institutu olan “Yeni İnkişaf Bankı”nın (NDB) rəhbəri təyin edilməsi zamanı deyib. "De-dollarizasiya başlayıb"-deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir ay sonra əlavə edərək söhbətə qarışdı. Ona görə də danışıqlar uzun müddətdir ki, davam edirdi. Amma bu gün nəhayət, vahid valyutanın yaradılması üzrə konkret layihə müzakirə olunur.

Adları BRİKS-i təmsil edən beş ölkədən ibarət bu qrup (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika,) dünya əhalisinin 40%-dən çoxunu, demək olar ki, dörddə birini, dünya ÜDM-nin və planetdəki ticarətin 18%-ni təşkil edir. İkinci Dünya Müharibəsindən sonra funt sterlinq əvəzinə ehtiyat valyutaya çevrildikdən sonra dollar dünya valyuta ehtiyatlarında payını tədricən 58%-ə çatdırdı. Və hələ ki, bu təsirini kəskin şəkildə azaltmır. Amma yeni ehtiyat valyuta layihəsi Rusiya tərəfindən xüsusilə dəstəklənir. Səbəbi aydındır: bir çox ölkələrin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına əməl etməkdən imtina etməsinə mane olan dolların gücüdür. Planetin əksər ölkələri Ukrayna münaqişəsinə görə Rusiyanı cəzalandırmaq istəməsələr də, ABŞ dollar vasitəsilə təzyiq göstərir, sanksiyalara qoşulmayanları “cəzalandırır”. “Beynəlxalq Münasibətlər Şurası”nın əməkdaşı və “BRİKS Qlobal Maliyyə Sistemini Dollarizasiya edə bilərmi?” tədqiqatının həmmüəllifi Tszyuan Zoyi Liyu deyir ki, indiyə qədər “dolları tam devirmək niyyətindən söhbət getmir”. O, nüansın nə olduğunu belə izah edir: “Riskləri azaltmaq üçün alternativ sistemlər yaradarkən öz valyutanızdan istifadə etmək istəyi ilə dollardan imtina etmək istəyi arasındakı fərqi görməlisiniz.” Cənubi Afrika diplomatiyasının rəhbəri Naledi Pandor, "Bu, diqqətlə öyrənilməli olan bir məsələdir" deyir. "Düşünürəm ki, bu ideyanın işə yarayacağına sadəcə inanmaq lazım deyil. Məsələ ondadır ki, iqtisadi idarəetmə məsələləri mürəkkəbdir. Biz bütün ölkələrin fikirlərini nəzərə almalıyıq". Cənubi Afrika Mərkəzi Bankı da layihənin həyata keçirilməsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşıb – prinsipcə dollardan uzaqlaşmağın zəruri olmasına qarşı Cənubi Afrika Mərkəzi Bankı buna etiraz etmir. Amma arzu hələ mümkünlük demək deyil.

Çinin maraqları

Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqdakı “Vitvatersrand Universiteti”nin professoru Vilyam Qumede bildirib ki, hazırda çətin ki, bütün ölkələr pul siyasətindən mərkəzi bankın xeyrinə imtina etsinlər, “çünki onların sistemləri çox fərqlidir”. "Çində, Rusiyada olduğu kimi, Mərkəzi Bank dövlət tərəfindən idarə olunur, Cənubi Afrika, Braziliya və Hindistanda isə Mərkəzi Banklar müstəqildirlər, buna görə də onların pul siyasəti çox fərqlidir. Çinin güclü valyutasından imtina etmək istəyi də məlum deyil. BRİKS maliyyə institutlarının etibarlılığı da zəif nöqtədir”, deyə Qumede bildirib. Cənubi Afrikanın “Şimal-Qərb Universiteti”nin ticarət araşdırmaları üzrə direktoru Martin Kameron isə deyir ki, "Valyutanın arxasında duran qurumun və ya ölkələrin etibarlılığı xüsusilə ehtiyat valyuta üçün kritik amildir”.

Beləliklə, BRİKS ölkələri layihənin tərəfdarı olsalar belə, əməliyyatların aparılması çətin məsələ ola bilər, çünki məsələn, Cənubi Afrikada hökumət şirkətləri bu valyutadan istifadə etməyə məcbur edə bilməz. Söz yox ki, Çin bu valyutanı öz şəxsi mənfəəti üçün manipulyasiya etməyə çalışacaqmı” sualı hər kəsi narahat edəcək.

Ülviyyə, Hurriyyet.az