📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BRİKS və MERCOSUR ölkələri dollara alternativ umumi valyutanın yaradılmasını təklif etdi

2023-01-26 16:43:00

BRİKS və MERCOSUR ölkələri dollara alternativ umumi valyutanın yaradılmasını təklif etdi

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva qarşılıqlı hesablaşmalarda istifadə üçün BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) və Cənubi Amerika Ümumi Bazarına (MERCOSUR) ümumi valyutalarının yaradılması imkanlarının nəzərdən keçirilməsini təklif edib.
"İnanıram ki, zamanla biz buna gələcəyik. Və hesab edirəm ki, bu, zəruridir, çünki bir çox ölkələr dollar almaqda çətinlik çəkir", deyə Braziliya prezidenti bildirir. Siyasətçinin fikrincə, milli mərkəzi banklar blokdaxili ticarətdə istifadə üçün belə valyutaların yaradılmasına dair müvafiq sazişlər bağlaya bilərdilər. Yeri gəlmişkən, Sergey Lavrov, “2023-cü ilin avqustunda keçiriləcək BRİKS sammitində Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika ümumi valyutanın yaradılması ideyasını müzakirə edəcəklər”, deyə Lavrov qeyd edib.
“Düşünürəm ki, zamanla biz buna gələcəyik. Düşünürəm ki, bu, zəruridir, çünki bir çox ölkələr dolları almaqda çətinlik çəkir”, deyə prezident Silva sözünü yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az