📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Brilliant Dadaşova Prezidentə təşəkkür etdi: “Bizim üçün böyük şərəfdir”

2022-08-12 22:25:00

Brilliant Dadaşova Prezidentə təşəkkür etdi: “Bizim üçün böyük şərəfdir”

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri çərçivəsində çəkdiyi görüntüləri paylaşıb.  

Sözügedən kadrlarda Prezident İlham Əliyevin avtomobili idarə etdiyi anlar yer alıb.

Dövlət başçısı Xalq artisti Brilliant Dadaşovanın mahnısını dinləyib. Sənətçinin “Könlüm bir çiçək deyil” nəğməsi səslənib.

Sözügedən videonu sosial şəbəkə hesabında “repost” edən B.Dadaşova bu sözləri yazıb:  

“Ali Baş Komandanımız və Birinci vitse-prezidentimizin yorucu və çətin işlərində doğma musiqimizin onlara ruh yüksəkliyi verməsi bizim üçün böyük şərəfdir”.\\7Times.az