📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Brilliant Dadaşovanı gözümdə çox böyütmüşdüm“ - Qalmaqal

2021-11-12 16:37:00

“Brilliant Dadaşovanı gözümdə çox böyütmüşdüm“ - Qalmaqal

Əməkdar artist Lalə Məmmədova Xalq artisti Brilliant Dadaşova ilə illərdir aralarında davam edən küsülülükdən danışıb.

Hurriyyet.az Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Səhər mərkəzi" proqramında deyib. Sənətçi Dadaşova ilə heç bir mübahisə yaşamadığını deyib:

"Mənim üçün Brilliant Dadaşova zirvə olub, bunu qəbullanmışam. Onu gözümdə o qədər böyütmüşdüm ki... Bütün çəkilişlərdə qabağına qaçıb "salam" verirdim. Amma ondan belə münasibət gözləmirdim. Gözümdə dağıldı hər şey".

Lalə "Doğrudan da Brilliant Dadaşovaya bənzəyirsiz" sualına "Allah yaradıb və müəyyən oxşarlıqlar var" cavabını verib.