📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Brilliant Dadaşovanın həyat yoldaşı oğlunu danladı: “Hər şeydən xəbərdaram” - VİDEO

2022-07-18 19:39:00

Brilliant Dadaşovanın həyat yoldaşı oğlunu danladı: “Hər şeydən xəbərdaram” - VİDEO

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad atası Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə videosunu sosial şəbəkə hesabında paylaşıb. 

Cahad atası tərəfindən danlandığının görüntülərini yayımlayıb. 

Ə.Hacıyev bir müddət öncə 3 000 manat cərimə borcu olduğunu bildirən oğluna “Xahiş edirəm qaydaları pozma. Sonra cərimələrin məbləği daha da artır. Hər şeydən xəbərdaram, amma yenə də...”, - deyə rus dilində fikrini bildirib. 

Atasının bu sözlərinə isə Xalq artistinin oğlu “Sən hər şeydən xəbərdarsan” deyərək gülüb.

Qeyd edək ki, Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktorudur. 

Sözügedən paylaşımı təqdim edirik:

 

 

Sfera.az