📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Bakıya gəlib

2022-03-08 23:24:00

Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Bakıya gəlib

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakıya rəsmi səfərə gəlib.

Bu barədə Baronessa Emma Nikolson özünün tviter hesabında yazıb.

“Salam, Bakı! Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyi ərəfəsində Azərbaycana qayıtmaqdan məmnunam”, - diplomat vurğulayıb.

 

Report