📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Britaniya bizə minlərlə raket göndərib" - Zelenski

2022-02-01 22:49:00

Böyük Britaniya Ukraynaya minlərlə müasir tank əleyhinə raketlər verib.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə səfərə gələn Böyük Britaniyanın baş naziri Boris Consonla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Əlahəzrətin (Böyük Britaniya Kraliçası-red.) Hərbi Hava Qüvvələrinin nəqliyyat təyyarələri Ukraynaya minlərlə müasir tank əleyhinə raketlər çatdırıb" deyə Zelenski mətbuata bəyanatında söyləyib.
O, həmçinin Ukrayna ilə Britaniya və Polşa arasında ittifaqın yaradıldığını elan edib. \\Unikal