📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya bu gündən qızıl idxalını qadağan edir – Rusiyaya qarşı yasaq təqvimi

2022-07-21 14:52:00

Britaniya bu gündən qızıl idxalını qadağan edir – Rusiyaya qarşı yasaq təqvimi

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya Rusiyadan bir sıra məhsulların – qızılın, kömürün və neftin idxalını qadağan edir.

Britaniya hökumətinin açıqlamasında bildirilir ki, Rusiyadan qızıl idxalına qadağa – 21 iyul tarixindən, kömür idxalına qadağa 10 avqust tarixindən, neft idxalına qadağa isə 2022-ci il 31 dekabr tarixindən qüvvəyə minəcək.

Bu məhsulların birbaşa, yaxud dolayı yolla alınması, həmin məhsullarla bağlı texniki dəstək və maliyyə xidməti göstərilməsi də qadağan edilir.

Hürr Tərcüman