Britaniya Əfqanıstana hərbçi göndərir
Hurriyyet.org xəbər verir ki, Böyük Britaniya öz vətəndaşlarını təxliyyə eləmək məqsədi ilə Əfqanıstana 600 hərbçi göndərəcəyini bəyan edib.
Əfqanıstanda “Taliban” ilə hökumət qüvvələri arasında döyüşlərin davam elədiyi bir zamanda ölkədə böyük bir köç dalğası başlanıb. Xarici ölkələrin vətəndaşları da riskli bölgələri tərk eləmək yolları axtarırlar. ABŞ, Almaniya və Britaniya hökumətləri öz vətəndaşlarına Əfqanıstanı təhk eləmək çağırışı ilə müraciət ediblər.
Böyük Britaniya səfirliyi öz vətəndaşlarının belə bir böhranlı dövrdə ən qısa müddət ərzində təhlükəsiz şəkildə Əfqanıstanı tərk eləmələri üçün bu ölkəyə 600 hərbçi göndirələcəyini bəyan edib. Səfirlik əməkdaşlarına isə paytaxt Kabul şəhərindən kənara çıxmamaları barəsində xəbərdarlıq edilib.