Britaniya hökuməti insanları fövqəladə vəziyyətə hazırlaşmağa çağırır
Britaniya hökuməti “həyatda qalmağa hazırlıq” veb-saytını işə salıb. İnsanlara milli böhrana hazırlaşmaq tövsiyə olunur. Bu barədə “Daily Mail” yazır.
Bundan əvvəl isə ölkənin baş naziri demişdi ki, “avtoritar dövlətlərin təhlükəsi”, qlobal immiqrasiya və süni intellekt səbəbindən “qarşıda təhlükəli illər gözləyir”.
Platforma hər bir ailənin “təcili yardım dəstində” nələrin olması lazım olduğunu təsvir edir: su, batareyalar, konservləşdirilmiş qidalar, ilk yardım dəsti və s. Rişi Sunakın müavini qeyd etdi ki, bu dəstdə ən azı üç günlük ləvazimat olmalıdır.
Britaniyalıların üzləşə biləcəyi risklər siyahısına daşqın, pandemiya, kiberhücumlar, Böyük Britaniyanın kosmik sistemlərinin pozulması və hətta mümkün nüvə müharibəsi daxildir.
Ülviyyə, Hurriyyet.az