📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya kəşfiyyatı Krımdakı partlayışlara münasibət bildirdi: Rusiyanın durumu cətinləşəcək

2022-08-17 11:53:00

Britaniya kəşfiyyatı Krımdakı partlayışlara münasibət bildirdi: Rusiyanın durumu cətinləşəcək

Britaniya kəşfiyyatı dünən Krımdakı Cankoy və Qvardeyski məntəqələrində baş vermiş partlayışları şərh edib. Xatırladaq ki, Qvardeyskidəki partlayışlar Rusiya tərəfi tərəfindən rəsmən təsdiqlənməyib.
“Cankoy və Qvardeyski Rusiyanın Krımda ən mühüm iki hərbi aerodromudur.Cankoy həm də Rusiyanın Ukraynanın cənubundakı əməliyyatlarının təchizatında mühüm rol oynayan əsas avtomobil və dəmir yolu qovşağıdır.
Bu insidentlərin səbəbi və dəymiş ziyanın miqyası hələ aydın deyil, lakin çox güman ki, Rusiya komandanlığı işğalçılar üçün arxa baza rolunu oynayan Krımda təhlükəsizlik vəziyyətinin açıq pisləşməsindən getdikcə daha çox narahat olacaq".

Ülviyyə, Hurriyyet.az