📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya kəşfiyyatı: “Rusiya Ukraynada geri çəkilir, müdafiəyə keçiblər”

2022-09-12 21:13:00

Britaniya kəşfiyyatı: “Rusiya Ukraynada geri çəkilir, müdafiəyə keçiblər”

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Britaniya kəşfiyyatı Ukraynadakı Rusiya hərbi hissələrinin əksəriyyətinin müdafiəyə keçdiyini xəbər verib.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna ordusunun əks-hücuma keçməsi ilə əlaqədar Rusiya öz qoşunlarının bütövlükdə işğal edilmiş Xarkov vilayətindən Oskol çayının qərbinə köçürməyi qərara alıb. Bu sektorda hələ də müqavimət ocaqları qalsa da, ötən həftənin çərşənbə günündən bəri Ukrayna azı London qraflığından iki dəfə böyük ərazisini işğaldan azad edib.

Eyni zamanda Ukraynanın cənubunda, Xerson yaxınlığında Rusiya hələ də öz ehtiyat qüvvələrini Dnepr vasitəsi ilə cəbhə xəttinə keçirməyə çalışır. Britaniya Müdafiə Nazirliyinin analitiklərinin açıqlamasında deyilir: “Ukraynanın uzaqvuran artilleriyası indi Dnepr üzərindən elə tez-tez zərbələr endirir ki, Rusiya zədələnmiş körpüləri təmir eləməyə macal tapmır”.

Hürr Tərcüman