Britaniya kəşfiyyatı: “Ruslar öz təyyarələrini vurublar, müşavirləri Putinə həqiqəti demirlər”
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Britaniyanın radioelektron kəşfiyyatının başçısı Ceremi Fleminq yeni məlumatlara əsaslanaraq, rusiyalı hərbçilərin Ukraynada səhvən öz təyyarələrini vurduqlarını bildirib. Xəbəri “Röyters” informasiya agentliyi yayıb.
Fleminq Ukraynaya aparılmış rusiyalı hərbçilərin bəzilərinin əmrləri yerinə yetirməkdən imtina elədiklərini, ruhdan düşdüklərini və pis təchiz edildiklərini də söyləyib.
Fleminq RF Prezidenti V.Putinin vəziyyəti qiymətləndirməkdə xətaya yol verdiyini, Ukrayna xalqının müqavimətini, Moskvanı sanksiyalarla cəzalandıran Qərbin qətiyyətini düzgün hesablaya bilmədiyini deyib. Kəşfiyyat xidməti Putinin müşavirlərinin ona həqiqəti deməkdən qorxduqlarını hesab edirlər.
Bundan bir qədər əvvəl ABŞ-dan verilən açıqlamalarda da, müşavirlərin rusiyalı hərbçilərin bərbad vəziyyətdə olduqları və sanksiyaların Rusiya iqtisadiyyatını necə zədələdiyi barəsində ona həqiqəti deməyə qorxduqları xəbər verilmişdi.
Hürr Tərcüman