Britaniya kəşfiyyatı: Ukraynanın Baxmut müdafiəsi hər iki tərəfdəki qüvvələrini tükəndirir
Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynanın Baxmut müdafiəsi hər iki tərəfdəki qüvvələrini tükəndirir.
Kəşfiyyatın dəyərləndirmələrinə görə, həftə sonu Ukrayna qüvvələri Rusiyanın şəhərin şimalına əvvəlki irəliləyişlərindən sonra çox güman ki, müdafiə perimetrini sabitləşdirə bilib.
"Təxminən martın 2-də Rusiyanın zərbəsi hələ də Ukraynanın nəzarəti altında olan Baxmuta aparan yeganə asfalt yol üzərindəki körpünü dağıdıb. Çox güman ki, palçıq Ukraynanın tədarük cəhdlərinə mane olur, çünki onlar getdikcə asfaltsız yollardan istifadə etməyə çalışırlar", deyə Britaniya kəşfiyyatında bildirilir.
Britaniya Müdafiə Nazirliyi həmçinin hesab edir ki, Vaqner muzdlu qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında döyüş sursatlarının paylanması ilə bağlı ictimai fikir ayrılığı "onların hazırkı taktikaları ilə irəliləmək üçün lazım olan şəxsi heyətin və sursatların yüksək səviyyədə saxlanmasının çətinliyini ortaya qoyur".
Ülviyyə, Hurriyyet.az