📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya kəşfiyyatı: “Vaqner” muzdluları Donbassa hücuma hazırlaşırlar”

2022-04-04 11:29:00

Britaniya kəşfiyyatı: “Vaqner” muzdluları Donbassa hücuma hazırlaşırlar”

Hurriyyet.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Britaniyanın Müdafiə Nazirliyinin 4 aprel tarixində dərc edilmiş açıqlamasında Britaniya kəşfiyyatının Rusiyanın Donbassa hücum üçün qüvvələrini birləşdirdiyi və bu rayona “Vaqner” muzdlularını göndərdiyi barəsində məlumat əldə elədiyi bildirilir.

Britaniyanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Rusiya qüvvələri Ukraynayanın şərqində Donbassa hücuma hazırlaşaraq birləşməyə və yenidən təşkilatlanmağa davam edirlər. Rusiya qüvvələri, o cümlədən Rusiyanın “Vaqner” özəl hərbi şirkətindən olan muzdlular bu rayona göndərilirlər”.

Britaniyanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Mariupol Rusiyanın Ukraynaya təcavüzündə demək olar ki, əsas hədəf hesab edilir, çünki, bu şəhərə nəzarət Rusiyanın Krımla quru yolu ilə əlaqəsini təmin edəcək.

Hürr Tərcüman