Britaniya kəşfiyyatından AÇIQLAMA: Kerç körpüsünün təmiri gecikə bilər
Böyük Britaniyanın Müdafiə Nazirliyi ənənəvi səhər məruzəsini oktyabrın 8-də partlayış nəticəsində zədələnmiş Kerç körpüsünün təmir sürətinə həsr edib. Məruzədə bu məlumatlar əksini tapıb:
1. Rusiya Kerç körpüsünün təmirini davam etdirir, lakin ən azı 2023-cü ilin sentyabrına qədər onun tam istifadəyə verilməsi ehtimalı azdır.
2. Noyabrın 8-də körpü 64 metrlik aşırımın quraşdırılması üçün bağlanıb. Yolun bütün zədələnmiş hissələrini dəyişdirmək üçün daha üç aşırım tələb olunacaq.
3. Krım hakimiyyəti körpünün bu hissəsində işlərin dekabrın 20-dək başa çatdırılmalı olduğunu desə də, prezident Putinə təqdim edilən hesabatda digər zolağın təmirinin 2023-cü ilin martına qədər körpüdə hərəkəti məhdudlaşdıracağına aydınlıq gətirilir. Belə ki. müqaviləyə əsasən, zədələnmiş dəmir yolu körpüsünün hissələrinin dəyişdirilməsi 2023-cü ilin sentyabr ayına kimi başa çatdırılmalı idi, lakin Rusiya baş nazirinin müavini təmir müddətinin azalacağını bildirib.
4. Yolun bir zolağı açıqdır, lakin dəmir yolu hərəkəti məhdud olaraq qalır. Təmir işlərinin sürəti qış aylarında hava şəraitindən çox asılı olacaq.
5. Kerç körpüsünə edilən hücum Rusiyanın ilhaq edilmiş Krım və Ukraynanın cənubuna logistikasını və təchizatını pozdu. Belə ki, Rusiyanın hərbi texnika və qoşunlarını dəmir yolu və ya avtomobil yolu ilə bu ərazilərə daşımaq imkanlarını məhdudlaşdırdı.
Körpünün zədələnməsi, Sevastopolda Qara Dəniz Donanmasına son hücum və rus qoşunlarının Xersondan çıxarılması - bütün bunlar Rusiya rəhbərliyinin öz ölkəsində təqdim etməyə çalışdığı hərbi uğurun mənzərəsini nəzərəçarpacaq dərəcədə korlayır.
Ülviyyə, Hurriyyet.az