📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya kralı ilk səfərinə hazırlaşır

2023-08-14 14:21:00

Britaniya kralı ilk səfərinə hazırlaşır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Böyük Britaniya kralı III Karlın ilk səfərini sentyabr ayında, Fransaya edəcəyi gözlənilir.

Bu barədə məlumatı “Fransa İnfo” radiosu Yeliyes sarayındakı mənbələrə istinadla verib.

Emmanuel Makron administrasiyasının təmsilçiləri səfərin dəqiq tarixini açıqlamayıblar. Səfərin vaxtının avqustun axırlarına yaxın bəlli olacağı gözlənilir.

Martın axırında Yelisey sarayından veriln açıqlamada İngiltərə kralının 26-29 mart tarixlərində Fransaya səfər edəcəyi bildirilmişdi. Lakin pensiya islahatlarına qarşı kütləvi etiraz aksiyaları fonunda səfər təzirə salınmışdı.

Hürr Tərcüman