📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya Lavrovun ögey qızının adını sanksiya siyahısına saldı

2022-03-24 17:34:00

Britaniya Lavrovun ögey qızının adını sanksiya siyahısına saldı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Rusiyanın “Alfa-bank” bankı, “Vaqner” özəl hərbi şirkəti, bir çox müdafiə şirkətləri, Rusiya Dəmir Yolları, bankları biznesmenləri də daxil olmaqla, 65 strateji sahəsi sanksiyalara məruz qalacaq. Lavrovun ögey qızı hesab edilən Polina Kovalyova, milyarder-neftçi Yevgeni Şvidler və Rusiyanın ən iri bankı olan “Sberbank”ın baş direktoru Qerman Qrefin adları sanksiya siyahısına daxil edilib.

26 yaşlı Polina Kovalyova hazırda Londonda yaşayır. 21 yaşında ikən o, Kensinqton-Hay Stritin yaxınlığındakı məhəllədə ev alıb. Kadastr sənədlərinə görə, 2016-cı ildə ev üçün 4,4 milyon funt sterlinq nağd pul ödəyib. Polinanın anası, 51 yaşlı Svetlana Polyakova Rusiya XİN-in nüfuzlu əməkdaşıdır və bütün xarici səfərlər zamanı Sergey Lavrovu müşayiət edir.

Hürr Tərcüman