Britaniya Mərkəzi Asiyaya qayıtmağa çalışır
2024-02-01 11:36:21
Britaniya Mərkəzi Asiyaya qayıtmağa hazırlaşır. Belə ki, bu məqsədlə krallıq ilk dəfə olaraq keçmiş sovet respublikaları ilə sammit keçirməyi planlaşdırır.
Böyük Britaniya hökuməti parlamentin 2024-cü ildə Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə 5+1 formatında ilk sammitin keçirilməsi ilə bağlı tövsiyəsi ilə razılaşıb.
Bu beşlik Tacikistan, Qırğızıstan, Özbəkistan, Tarkmənistan və Qazaxıstandır.
Bu istək Britaniyanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri ilə bağlı parlament sorğularına hökumətin cavabı əsasında hazırlanmış parlament hesabatında öz əksini tapıb.
Ülviyyə, Hurriyyet.az