📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya mətbuatı: "Vaşinqton Tehranla gizli danışıqlar aparıb"

2024-03-14 15:54:42

Britaniya mətbuatı:

Hurriyyet.az xəbər verir ki, "Financial Times" nəşrinin yazdığına görə, ABŞ vasitəçilər yolu ilə İranla gizli danışıqlar aparıb. Amerikalı diplomatlar Tehranı yəmənli husilərin Qırmızı dənizdəki hücumları dayandırmağa kömək etmək üçün razı salmağa çalışıblar. Danışıqlarda vasitəçilərin Omandan olan məmurlar olduğu qeyd edilir. Medianın iddiasına görə, iki ölkə arasında son on ay ərzində ilk olan danışıqlar yanvar ayında Oman ərazisində aparılıb. Vaşinqton İranın nüvə proqramının genişlənməsindən narahatlığını da bildirib.
ABŞ nümayəndə heyətinə Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqrek və ABŞ-ın İrandakı səfiri Abram Peyli başçılıq ediblər. İranı xarici işlər nazirinin müavini Əli Bağıri Kani təmsil edib - o, həm də Tehranın nüvə danışıqları üzrə nümayəndəsidir.
ABŞ Dövlət Departamentindəki mənbə İranla əlaqə saxlamaq üçün çox sayda kanalları olduğunu bildirib.
Hürr Tərcüman