Britaniya müdafiə naziri Ben Uolles: Finlandiya Putin üçün dərs olmalıdır
2023-04-05 11:02:00
Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması Rusiya prezidenti Putin üçün dərs olmalıdır. "Sky News" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri bildirib.
“Mən şadam ki, Finlandiyanın NATO-ya üzv olmaq ərizəsi təsdiqlənib və mən bu ölkəni təşkilatda salamlamaq istəyirəm.
"Qoy Finlandiya prezident Putin üçün dərs olsun. Finlandiya öz iradəsi əsasında üzv olmaq qərarına gəlib. Birliklərinizi suveren dövlət kimi seçmək azadlığı vətəndaşların və yalnız vətəndaşların işidir", deyə nazir əlavə edib.
Ülviyyə, Hurriyyet.az