📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya müsəlmanların müdafiəsinə 150 milyon dollara yaxın vəsait ayırır

2024-03-11 10:08:25

Britaniya müsəlmanların müdafiəsinə 150 milyon dollara yaxın vəsait ayırır

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya ölkədə islamofobiyanın artması fonunda qarşıdakı dörd il üçün məscidlərin, müsəlman məktəblərinin və obyektlərin müdafiəsinə 150 milyon dollara yaxın - 117 milyon funt sterlinq vəsait ayıracaq. 
Britaniyanın müdafiə naziri Ceyms Kleverli deyib: "Biz Yaxın Şərqdəki hadisələrin Britaniya müsəlmanlarına pis münasibətlərə haqq qazandırmaq üçün bəhanə kimi istifadə edilməsinə yol verməyəcəyik". Kleverlinin sözlərinə görə, ayrılan maliyyə vəsaitindən məscidlərin, islam dini məktəblərinin və digər ictimai mərkəzlərin müdafiəsi üçün istifadə ediləcək. Nazirin sözlərinə görə, həmin pullar siqnalizasiya, çəpərləmə və videomüşahidə kameralar kimi təhlükəsizlik tədbirlərinə xərclənəcək.
Nazir deyib: "Bizim cəmiyyətimizdə antimüsəlman nifrətinə qətiyyən yer yoxdur".
Hürr Tərcüman