Britaniya: “Putinin G20 sammitində iştirak eləməyə mənəvi haqqı yoxdur”
Hurriyyet.az “Röyters” agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmayana qədər İyirmilik Qrupunun (G20) sammitində iştirak eləməməlidir. Trassın sözlərinə görə, hazırda “Rusiyanın G20-də iştirak eləməyə mənəvi haqqı yoxdur”. Bununla yanaşı, Britaniya XİN sammitin ev sahibi olan İndoneziyanın Ukraynadakı hadisələri müzakirə eləmək cəhdini və Ukraynanın Vladimir Zelenskinin şəxsində G20-də təmsil ediləcəyi təşəbbüsünü alqışlayır.
Qeyd edək ki, İndoneziya Prezidenti Coko Vidodo “Blumberq” nəşrinə müsahibəsində bildirib ki, Rusiya Prezidenti 15-16 noyabr tarixlərində Bali adasında keçiriləcək G20 sammitində əyani şəkildə iştirak eləməyi planlaşdırır.
Hürr Tərcüman