📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya reaktiv dronunu təqdim edib

2023-09-14 10:26:23

Britaniya reaktiv dronunu təqdim edib

Hurriyyet.az “San” (The Sun) nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniya özünün yeni reaktiv  “Hydra 400” dronunu təqdim edib.

Yeni PUA-nı uçuşa hazırlamaq üçün cəi 6 dəqiqə gərək olur. Avadanlıq 3 ədəd “Brimstone” hava-yer tipli raketlə təmin edilib və 32 kilometrə qədər radiusda düşmən tanklarını məhv edə bilir.

Silahlı Pilotsuz Uçuş Aparatı DSEI sərgisində təqdim edilib. Dronun ilin axırına qədər Britaniya ordusunun hərbi təlimlərində sınaqlardan keçməsi gözlənilir. Bürokratik məsələlərlə əlaqədar, dronun yalnız 5 il sonra ordunun cəbbəxanasına verilməsi gözlənilir.

Hürr Tərcüman