📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya Rusiyanın aktivlərindən əldə etdiyi gəlirdən istifadə edərək Ukraynaya hərbi yardım göstərəcək

2024-10-23 10:29:20

Britaniya Rusiyanın aktivlərindən əldə etdiyi gəlirdən istifadə edərək Ukraynaya hərbi yardım göstərəcək

Britaniya Rusiyanın aktivlərindən əldə etdiyi gəlirdən istifadə edərək Ukraynaya hərbi yardım göstərəcək. Belə ki, Britaniya Ukraynaya 2,93 milyard dollar kredit verəcək və bu kredit dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlir hesabına ödəniləcək. Vəsaitlər Kiyevin hərbi xərclərinə gedəcək.

Bundan əlavə, London Ukraynaya dəniz yardımı göstərmək üçün Norveçlə birgə yaradılmış dəniz koalisiyasının büdcəsinə 155 milyon dollar ayıracaq. Qeyd olunur ki, Britaniya Qara dənizdəki taxıl dəhlizinin qorunması üçün Kiyevə yüzlərlə dəniz pilotsuz təyyarəsi və radiolokasiya stansiyalarının tədarükünü maliyyələşdirmək üçün həm də tərəfdaşlar axtarır.

G7 liderləri iyun ayında İtaliyada keçirilən sammitdə Ukraynaya 50 milyard dollar kredit ayırmağa razılaşıb və onu iqtisadi həcmlərinə uyğun olaraq layihə iştirakçıları arasında hissə-hissə bölüşdürüblər. Belə ki, bu sxemə əsasən, Aİ və ABŞ hər biri 20 milyard dolları, qalanını isə Kanada, Yaponiya və İngiltərə ödəyəcək. Lakin AB-dən sonra 35 milyard avroluq kompromis əldə etdilər.

Ülviyyə, Hurriyyet.az