“Britaniya Rusiyanın məğlubiyyətinə nail olacaq”
2022-07-11 14:48:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya XİN-in rəhbəri, Baş nazir postuna namizəd Liz Trass Londonun Rusiyanın Ukraynadakı müharibədə məğlubiyyətinə nail olmaq niyyətində olduğunu söyləyib.
Qeyd edək ki, Trass hakim Mühafizəkarlar partiyasının lideri və ölkənin Baş naziri postlarına namizədliyini irəli sürüb.
Trass seçkiqabağı çıxışında deyib: “Biz ölkə olaraq iqtisadiyyat ilə təhlükəsizlik sahələrindəki məsələlərdən tutumuş ətraf mühit sahəsindəki problemlərə qədər bir çox böyük çağırışlarla qarşı-qarşıyayıq”.
Liz Trass onu da əlavə edib ki, Böyük Britaniyaya ilk gündən etibarən iqtisadi inkişaf yolunda öz kursunu həyata keçirə bilən təcrübəli Baş nazir lazımdır.
Hürr Tərcüman