📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya səfiri İran XİN-ə çağrıldı

2022-12-10 18:55:00

Britaniya səfiri İran XİN-ə çağrıldı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerkliff şənbə günü İran XİN-ə çağrılıb. Səbəb bir sıra ölkədəki məhkəmə sistemi ilə bağlı İran məmurlarına qarşı sanksiyaların tətbiq edilməsidir. Tehran Britaniya hakimiyyətini terrorçuluğu və iğtişaşları dəstəkləməkdə ittiham edir.

İran XİN-in açıqlamasında deyilir: “Ölkədəki etirazlarla bağlı London administrasiyası tərəfindən tətbiq edilən sanksiyalar İranın daxili işlərinə müdaxilə edilməsi deməkdir”.

Dekabrın 8-də barəsində ölüm hökmü çıxarılmış 23 yaşlı Möhsün Şikari İranda edam edilib. O, Mahsa Amininin ölümündən sonra başlanan etiraz aksiyalarında iştirakına görə edam edilən ilk nümayişçidir.

Qeyd edək ki, Almaniya səfiri də İran XİN-ə çağrılmışdı.

Hürr Tərcüman