📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya səfiri Ukraynaya kömək üçün Bakıda şirniyyat satdı - Foto

2022-03-25 16:35:00

Britaniya səfiri Ukraynaya kömək üçün Bakıda şirniyyat satdı - Foto

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda keçirilən Novruz yarmarkasında şirniyyat satıb.

Bununla bağlı səfirliyin instaqram səhifəsində paylaşım edilib. Belə ki, C.Şarp “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında səfirliyin stendi önündə satışa kömək edib.

Paylaşımda bildirilib ki, yarmarkadan gələn gəlir Ukraynada zərərçəkənlərə və Azərbaycana Birgə Yardım Təşkilatına (UAFA) yatırılacaq.