Britaniya səfiri Zəngilanda: “Burada Günəş parlayır” - YENİLƏNİB + FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Zəngilan Hava Limanından paylaşım edib.
O “Twitter” hesabında bununla bağlı foto paylaşıb.
“Zəngilanın yeni hava limanında Günəş parlayır”, - deyə britaniyalı diplomat qeyd edib.
.png)
***
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old Zəngilan və Qubadlı rayonlarına yola düşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə britaniyalı diplomat viterdə yazıb.
“Zəngilan və Qubadlıya ilk səfərimə hazırlaşıram. Ümid edirəm ki, İngiltərə-Fransa oyununa baxmaq üçün vaxtında qayıdacağam. Mən əlbəttə ki, İngiltərəyə azərkeşlik edəcəm. Bəs siz?”, - səfir qeyd edib.
Xatırladaq ki, dekabrın 9-da Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə mövcud mina təhdidinin aradan qaldırılması istiqamətində səylərin, ərazilərin təmizlənməsi sahəsində Azərbaycana verilən dəstəyin davam edəcəyini bildirib.
axar.az