Britaniya Suriyanın yeni hökumətini dəstəkləyir
2025-04-24 14:23:59
Hurriyyet.az xəbər verir ki, Böyük Britaniya Suriyanın Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, bir sıra kəşfiyyat və mətbuat orqanlarına qarşı qoyduğu sanksiyaları ləğv edib.
Bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Suriyanın bir sıra böyük media şirkətləri, o cümlədən ORTAS, Sama TV, Cham Press TV və "Al Watan" da sanksiya siyahısından çıxarılanlar arasındadır.
Hürr Tərcüman