📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya tankları Rusiya ərazisinə daxil olub?

2024-08-15 14:37:15

Britaniya tankları Rusiya ərazisinə daxil olub?

Hurriyyet.az xəbər verir ki, "Sky News" kanalının məlumatına görə, Britaniyanın "Challenger 2" tanklarının Rusiya ilə sərhədi keçərək Kursk döyüşlərində iştirak etmiş ola bilərlər.
Mənbələrin məlumatına görə, Britaniya tankları Ukraynanın Rusiya ərazilərinə hücum əməliyyatında iştirak ediblər. Məlumat təsdiqlənərsə, bu, Ukrayna ordusunun Rusiya ərazisində ilk dəfə Britaniya tanklarından istifadəsi demək olacaq. Londondakı rəsmi şəxslər xəbərə şərh veməkdən imtina ediblər. Ukrayna ordusu da məsələ ilə bağlı açıqlama verməyib.
Bir müddət əvvəl rəsmi London Ukraynanın razılaşdırılmış siyasət çərçivəsində Britaniya silahlarından Rusiya ərazisində istifadə etmək hüququ olduğunu bəyan etmişdi.
Hürr Tərcüman