📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Britaniya Trampın təzyiqlərinə baş əyməyəcək" - Starmer

2026-04-15 19:21:16

Böyük Britaniyanın Baş naziri Keir Starmer İranla müharibəyə qoşulmaq üçün ABŞ prezidentinin təzyiqlərinə boyun əyməyəcəyini bildirib.

BBC xəbər verir ki, Baş nazir bu açıqlamanı Donald Trampın ABŞ-ın Britaniyadan kömək istədiyi zaman onların yanında olmaması haqda sözlərinə cavab olaraq parlamentdə çıxışı zamanı səsləndirib.

“Mən fikrimi dəyişməyəcəyəm, təzyiqlərə boyun əyməyəcəyəm. Bu müharibəyə qoşulmaq milli maraqlarımıza uyğun deyil və biz bunu etməyəcəyik”, - Baş nazir vurğulayıb. /Apa