Britaniya Türkiyə dövlətinə təşəkkürünü bildirdi
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Britaniyanın Xarici İşlər naziri Ceyms Klelverli Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsinin müddətinin uzadılmasının müsbət addım olduğunu bildirərək, bunun üçün Türkiyə dövlətinə və BMT-yə təşəkkürünü bildirib.
Kleverli “Tvitter” hesabında yazıb: “Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsinin davam eləməsi müsbət addımdır. Lakin Rusiyanın qoyduğu bitmə müddətləri müqavilənin sabitliyini pozdu və ərzağın ən çox ehtiyacı olanlara çatdırılmasını ləngitdi”.
Kleverli yazıb: “Gördükləri işlər üçün BMT və Türkiyəyə təşəkkür edirəm. Rusiya ərzaqdan silah olaraq istifadə eləməyə son qoymalı və razılaşmanın qüsursuz yerinə yetirilməsini öhdəsinə götürməlidir”.
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti R.T.Ərdoğan dünənki açıqlamasında 18 may tarixində növbəti müddəti başa çatması gözlənilən müqavilənin möhlətinin daha 2 aylığa uzadıldığını bildirmişdi.
Taxıl dəhlizindən keçən taxılın miqdarı 30 milyon 250 min tonu aşıb. Ukrayna limanlarından çıxan gəmilərin sayı 951 ədədə çatıb.
Dəhlizlə aparılan taxılın 40%-i Avropaya, 30%-i asiyaya, 13%-i Türkiyəyə, 12%-i Afrikaya, 5%-i Yaxın Şərqə daşınıb.
Hürr Tərcüman