Britaniya Ukraynaya 250 km mənzilli qanadlı raketlər verib
Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Londonun “Storm Shadow” (Fırtına Kölgəsi) adlı uzaqmənzilli qanadlı raketlərini Ukraynaya təhvil verəcəyini təsdiqləyib.
Qanadlı raketlərin təxmini mənzili 290 km-ə qədərdir. 1300 kiloqrama yaxın çəkisi olan raket təyyarədən atılır, hədəfə yaxınlaşanda yüksəkliyə qalxır, ardından zərbə vurur. Korpusun maksimal diametri 48 sm, qanadlarının genişliyi ümumilikdə 3 metrdir. Nəzərdə tutulan hədəflər komanda məntəqələri, idarəetmə və rabitə məntəqələri; aerodromlar; limanlar və elektrik stansiyaları; təyyarələrin texniki qulluq və sursat saxlama yerləri; limanda gəmilər və sualtı qayıqlar; körpülər və digər yüksək dəyərli strateji obyektlərdir.
CNN kanalı yüksək vəzifəli Qərb məmurlarına istinadla raketlərin artıq Ukraynaya təhvil verildiyini xəbər verib.
Hürr Tərcüman