📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Britaniya Ukraynaya geniş təhlükəsizlik zəmanəti vermir-Britaniyalı rəsmidən AÇIQLAMA

2022-03-30 16:44:00

Britaniya Ukraynaya geniş təhlükəsizlik zəmanəti vermir-Britaniyalı rəsmidən AÇIQLAMA

Böyük Britaniya Ukraynanın təhlükəsizlik qarantı olmaq imkanı ilə bağlı müraciətinə baxacaq, lakin NATO üzvü olan ölkələr qarşısında götürdüyü öhdəlikləri üzərinə götürməyəcək. Bu barədə “The Guardian” xəbər verir.

Nəşrin yazdığına görə bunu Böyük Britaniya baş nazirinin müavini Dominik Raab deyib. "Prezident Zelenskinin ehtiyac duyduğunu dediyi hər şeyi diqqətlə nəzərdən keçirəcəyik. Amma düşünürəm ki, NATO öhdəliklərini birtərəfli qaydada təkrarlamaq fikrimiz yoxdur", Raab deyib.

Ülviyyə, Hurriyyet.az